Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 420-si şikayət xarakterli müraciətlərdi, 194-dü – sorğu xarakterli, 37-si aidiyyəti üzrə deyil, 83-ü isə cari problemlərə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.