Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 07 Dekabr 2018-ci il tarixində saat 11:00-da Neftçala Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

 

Nazir Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Neftçala Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

6/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..