Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universitetinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

İl ərzində dünyanın hər yerindən qonaq qəbul edən Azərbaycan Tibb Universitetində (ATU) bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin nümayəndələri qonaq olub.

 

Nümayəndə heyəti ilə görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov indiyədək universitetin Birləşmiş Ərəb Əmirliklərinin ali məktəbləri ilə təmaslarının olmadığını, ilk əməkdaşlığın məhz bu universitetlə quruduğunu bildirib.

 

ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universitetindən tələbələrin ilk dəfə olaraq məhz bu kafedrada mübadilə keçdiyini bildirib və bundan məmnunluğunu ifadə edib.

 

Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə ATU rəhbərliyinə, təşəkkürünü çatdırıb.

 

Görüşün sonunda ATU-da təcrübə keçən ərəb tələbələrinə sertifikartlar təqdim olunub. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri praktikanın onların gələcək karyeraları üçün böyük təkan olacağını bildiriblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

25/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->