Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru beynəlxalq mükafata layiq görülüb (FOTO)

Professor Qurbanova Cəmilə Fazil qızı Oksford Akademik Birliyi və Beynəlxalq Sokrates Komitəsi tərəfindən “Name in Science” mükafatına layiq görülüb. Mükafat onun uzun müddətli elmi fəaliyyətinə, milli elmin inkişafına verdiyi töhfələrə, regional və qlobal sosial və tibbi problemlərin həllindəki roluna görə verilib.

 

Mükafat “Elmi Ad” medalı və “Dünya elminə verilən töhfə”yə görə 21-ci əsrin alimləri siyahısına daxil olduğuna görə fəxri diplomdan ibarətdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

8/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..