Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Pediatriya Dərnəyinin başqanı ATU-nun qonağı olub (FOTO)

Beynəlxalq Pediatriya Dərnəyinin (İPA) başqanı Professor Dr. Enver Hasanoğlu Azərbaycan Tibb Universitetinin qonağı olub.

 

Professor Enver Hasanoğlu Beynəlxalq Pediatriya Dərnəyinin başçısı qismində Azərbaycan Tibb Universiteti ilə birgə müştərək layihələr icra etmək arzusunda olduğunu bildirib. O, indiyədək dəfələrlə Azərbaycanda olduğunu, bundan sonra da Tibb Universiteti ilə əlaqələri gücləndirmək niyyətini vurğulayıb. Professor Hasanoğlu qardaş ölkədə doğma olan insanlarla birgə işlərin yenilənməyə ehtiyac olduğunu vurğuladı.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonağa Azərbaycanda pediatriya sahəsindəki vəziyyət, Tibb Universitetində bu istiqamətdə tədris işlərindən danışdı. Rektor ATU ilə Beynəlxalq Pediatriya Dərnəyi arasında əlaqələrin gücləndirilməsinin vacib oldğunu bildirərək birgə layihələrin icrasına dair fikirlərini açıqladı.

 

Görüşdə ATU-nun elmi işləri üzrə prorektoru dosent Rauf Bəylərov, ATU-nun rezidentura şöbəsinin dekan müavini Nigar Sədiyeva da iştirak ediblər.

 

Görüşdə Beynəlxalq Pediatriya Dərnəyinin bu ilin sentyabrında Bakıda böyük bir konqres təşkil etməsi ilə bağlı müzakirələr aparıldı. Bu məqsədlə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsinə dair razılıq əldə olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

8/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..