Əsas bölmələr
Könüllü fəaliyyətinə sən də qoşul!
Səhiyyə Nazirliyi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoymuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Səhiyyə NazirliyiAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq Səhiyyə Nazirliyi könüllü fəaliyyəti əsas etibarı ilə aşağıdakı bölmələr üzrə təşkil edir:
|
Səhiyyə Nazirliyinin inzibati binası |
|
Tibbi yardımın təşkili şöbəsi |
|
Kadrlar, elm və təhsil şöbəsi |
|
Sanitariya və epidemiologiya nəzarəti sektoru |
|
Ümumi şöbə |
|
Səhiyyənin informasiyalaşması mərkəzi |
|
Bakı Baş Səhiyyə İdarəsi |
|
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası |
|
Kliniki Tibbi Mərkəz (qeydiyyat şöbəsi) |
|
Azərbaycan Tibb Universiteti Klinikaları |
|
Tədris Onkoloji Klinika (qeydiyyat şöbəsi) |
|
Tədris Stomatoloji Klinika (qeydiyyat şöbəsi) |
|
Tədris Terapevtik Klinika (qeydiyyat şöbəsi) |
|
Tədris Cərrahiyyə Klinika (qeydiyyat şöbəsi) |
|
Azərbaycan Tibb Universitetinin inzibati binası |
|
I müalicə-profilaktika fakultəsi dekanlığı |
|
II müalicə-profilaktika fakultəsi dekanlığı |
|
Stomatologiya fakultəsi dekanlığı |
|
Əczaçılıq fakultəsi dekanlığı |
|
İctimai səhiyyə fakultəsi dekanlığı |
|
Tədris şöbəsi |
|
Rezidentura şöbəsi |
|
Xarici tələbələrlə iş üzrə dekanlıq |
|
İnzibati-təsərrüfat işlər üzrə prorektorluq |
|
Beynəlxalq əlaqələr şöbəsi |
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Səhiyyə Nazirliyi üzrə gündəlik olaraq 2 növbədəkönüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:
09:00 – 13:00 – Birinci növbə
14:00 – 18:00 – İkinci növbə
Səhiyyə Nazirliyikönüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu keçid fürsəti ola bilər.
Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclərmüraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq üçün müraciət formasını yükləyin, məlumatlarınızı elektron şəkildə doldurun, imzalamadan konullu@health.gov.az e-poçtuna göndərin. Sizinlə əlaqə saxlayıb müsahibəyə dəvət edəcəklər. Müsahibədən keçən namizədlərlə könüllü fəaliyyətin göstərilməsi üzrə 2 ay müddətinə müqavilə bağlanacaqdır. Müqavilə ilə əvvəlcədən tanış olmağınız tövsiyə olunur.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Rezidenturaya imtahan vermiş namizədlərin nəzərinə!
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
“BİHE-2013” XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin rəsmi açılışı olmuşdur
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı ş. 2 saylı doğum evində könüllü qanvermə aksiyası keçirilmişdir
Könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Sertifikasiya imtahanları davam edir
Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə