Əsas bölmələr
Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Azərbaycan Tibb Universitetində qonaq olub. ATU rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı tibb təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Professor Gəray Gəraybəyli xarici tələbə sayına görə Azərbaycan Tibb Universitetinin ölkəmizdə lider olduğunu qeyd edərək onlar arasında Türkmənistanda olan tələbələrin azlıq təşkil etdiyini bildirdi. Belə ki, ATU-nun 2 minə yaxın əcnəbi tələbəsi arasında cəmi 7 tələbə bu ölkədəndir. Rektor gələcəkdə Türkmənsitandan daha çox tələbə cəlb edəcəkləinə əmin olduğunu bildirdi: “Tibb təhsili sahəsi daim inkişafda olan bir sahədir. Ona görə də bu sektorda həmişə bilik mübadiləsinn aparılmasına ehtiyac var. Bu baxımdan, digər ölkələr kimi Türkmənistanla da əlaqələrin möhkəmləndirilməsinə, münasibətlərin dərinləşdirilməsinə tələbat var”.
Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev ATU rəhbərliyi ilə tanışlıqdan məmnun olduğunu bildirdi. Universiteti qarşıdan gələn 90 illik yubileyi münasibətilə təbrik edən səfir M.İşanqulıyev Türkmənistandan olan tələbələrin təhsil səviyysi, aktivliyi ilə maraqlandı: “Bu gənclər ölkəmizi təmsil eidrlər, burada təhsilə yiyələnib Türkmənistana qayıdacaqlar. Biz onların yüksək səviyyəli təhsil almasında, ixtisaslı kadr kimi yetişməsində maraqlıyıq. Bu baxımdan, ATU ilə əlaqələrin də inkişafını arzulayırıq”.
Görüşdə Azərbaycan və Türkmənistan arasında tibb təhsili və səhiyyə sahəsində əlaqələrin gücləndirilməsi, hər iki ölkənin təhsil sisteminin inkişafı naminə mübadilənin dərinləşdirilməsi, bu istiqamətdə görülə biləcək tədbirlər haqqında müzakirələr aparılıb.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev və Türkmənistanın Azərbaycandakı səfirinin birinci katibi Ovezgeldi Cumanazarov da iştirak edirdilər.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı




“Qaynar xətt” xidmətinə 771 müraciət daxil olub
Sertifikasiya Komissiyasında Resurs Mərkəzi – Elan
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Təcili Tibbi Yardım Stansiyasına 11 580-dan artıq çağırış daxil olmuşdur
Respublika Klinik Xəstəxanasının cərrahiyyə korpusu əsaslı təmirdən sonra istifadəyə verilib
“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlə...
Humanitar aksiya çərçivəsində Naxçıvanda növbəti açıq ürək əməliyyatları keçiriləcək
Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilmişdir
Nefroloqların Beynəlxalq elmi-praktik konfransı keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə