Əsas bölmələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı işlər davam edir.
2019-cu ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb. Tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 455 min 745 nəfər yararlanıb. Müraciət edənlərin 279349 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.
Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 104 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.
Müayinələr zamanı 21426 nəfər hospitalizə olunub, 56083 şəxs dispanser nəzarətinə alınıb, 1802587 nəfər əlavə müayinələrə cəlb olunub.
Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 99 min 233 nəfər sağlamlaşdırılıb.
Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
Laproskopiya üzrə treninqlərə başlanılmışdır
Şirvan və Gədəbəy MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir
Səhiyyə naziri O.Şirəliyev Polşa Respublikasının səhiyyə nazirinin müavini A. Froncakın başcılıq etdiyi nümayə...
Bərdə Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur
Elmi-praktik konfransı keçiriləcək
Gənc mütəxəssislər üçün təkmilləşdirilmə kursları təşkil edilir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə