Əsas bölmələr
Azərbaycan Tibb Universiteti (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycanda ilk dəfə olaraq “İmmunpatoloji xəstəliklərə dair I beynəlxalq elmi-praktik konfransı işə başlayıb. Konfrans çərçivəsində xarici ölkələrdən gələn mütəxəssislərlə ATU rəsmiləri arasında görüş keçirib.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov qonaqları salamlayaraq, ilk immunoloji konfransın işinə uğurlar dilədi. R.Bəylərov immonologiya kimi vacib sahədə daha sıx və daimi əməkdaşlığın olmasını arzuladı. Tibb Universitetinin 90 ilə yaxın tarixi, mövcud təhsil sistemi, geniş maddi və texniki bazaya malik olan klinikaları haqqında qonaqlara ətraflı məlumat verildi.
Qonaqlarla söhbət zamanı Azərbaycanda immunologiya sahəsindəki mövcud vəziyyət, bu sahədəki inkişaf perspektivləri, təşkil olunan seminarın qarşılıqlı əlaqələrin güclənməsinə töhfəsi və digər məsələlər müzakirə olundu.
Görüş zamanı Azərbaycan Tibb Universiteti ilə Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi (UETTŞ) arasında anlaşma memorandumu imzalandı. Memorandum UETTŞ-in təsisçi prezidenti, professor Nima Rezai və Rauf Bəylərov tərəfindən imzalandı. Professor Nima Rezai ATU ilə əməkdaşlığa başlanmasından məmnunluğunu bildirdi.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova, ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri professor Lalə Allahverdiyeva və həmin kafedranın professoru Gülnarə Nəsrullayeva iştirak edirdilər.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı




Qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib
Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə Nazirliyi növbəti elektron xidmətini təqdim edib
Şəmkir MRX-da keçirilən qanvermə aksiyalarında 1008 nəfər könüllü olaraq qan vermişdir
Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi
“Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi uğurla başa çatdı
ÜST-ün Avropa Regional Komitəsinin Bakıda keçiriləcək 61-ci Sessiyasının təşkilinə dair mətbuat konfransı keçi...
Prezident İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur
Könüllü qanvermə aksiyası keçirilmişdir
Mikrobiologiya ixtisası üzrə keçirilmiş sertifikasiya imtahanının nəticələri bəlli oldu
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə