Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb Universitetinin əməkdaşı nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib (FOTO)

Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova nüfuzlu beynəlxalq jurnalın “Redaksiya Kollegiyasının Hörmətli Üzvü” seçilib.

 

Bu haqda “İlkin Araşdırmalar və Tədqiqat İşləri” beynəlxalq jurnalı tərəfindən K.Bədəlovaya sertifikat təqdim olunub.

 

Qeyd edək ki, jurnalın onlayn platforması müxtəlif sahələri əhatə edən tədqiqatların gücləndirilməsi üçün yaradılıb. Aylıq jurnal Hindistanın “Alborear (OPC) Private Limited” şirkəti tərəfindən nəşr olunur. Jurnalda bütün sahələrə aid keyfiyyətli araşdırma işləri yer alır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

29/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->