Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Azərbaycan Retinoloqlarının 4-cü konfransı” keçirilib (FOTO)

31 may 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 4-cü konfransı keçirilib. Konfransın məqsədi vitreoretinal cərrahiyədə baş verən yenilikləri araşdırmaq, yeni müalicə üsullarını müzakirə etməkdən və təkliflər verməkdən ibarət olub.

 

Konfransda “Miopik retinoşizis olan xəstələrin lazer müalicəsinin uzaq nəticələri”, “Multifokal elektroretinoqrafiya diabetik makulyar ödemlərdə: görmə itiliyi və optik koherent tomoqrafiya ilə korrelyasiya”, “2 tip şəkərli diabet xəstələrdə katarakta cərrahiyyəsindən sonra tor qişanın mərkəzi qalınlığının dinamikası”, “Görmə sinirinin işemik xəstəliklərinin neyroprotektiv terapiyasında antioksidant preparat”, “Vitreoretinal cərrahiyyə zamanı retinektomiya aparılmış gözlərdə gözdaxili təzyiqin dinamikası” kimi məsələlər müzakirə edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

31/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->