Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gəncə Tibb Kollecinin veb səhifə və loqosunun təqdimatı keçirilib (FOTO)

Yüksək texnologiyalı səhifədə Gəncə Tibb Kolleci barədə bütün lazım olan məlumatlar yer alıb.

 

Tədbirdə qonaqları salamlayan kollecin direktoru Mehman Rzayev Azərbaycan səhiyyəsinin tarixinə nəzər salaraq bildirib ki, son illər ölkəmizin bütün şəhər və rayonlarında tibb ocaqları tam təmir edilərək, müasir avadanlıq və invertarlarla təchiz olunub.

 

Sonra Gəncə Tibb Kollecinin yeni loqosu və veb səhifəsi barədə iştirakçılara məlumat verilib. Loqoda olan qara qızıl gül yenidən doğulma, yeniliyi və daimiliyin, 7 yarpaq isə kollecdə fəaliyyət göstərən 7 ixtisasın sayının göstəricisidir.

 

Yüksək texnologiyalı veb səhifədə Gəncə Tibb Kolleci barədə bütün lazım olan məlumatlar yer alıb. Bu səhifəyə daxil olanlar kollecin tarixi, fakultələr, kollecə qəbul və tədrisin təşkili, rəhbərlik və müəllimlər barədə ətraflı məlumat əldə edə bilərlər. Bundan başqa tələblərin həyatı ilə bağlı bölüm, foto qalereya, xəbərlər bölümü saytda yer alıb.

 

Artıq gtk.az saytına daxil olmaqla tələbələrimiz və müəllimlərimiz elektorn kitabxanadan da istifadə edə biləcəklər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

19/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->