Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Yardımlıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 03 İyul 2019-cu il tarixində saat 11:00-da Yardımlı Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.

 

Nazir Masallı və Yardımlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Yardımlı Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

2/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->