Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gəncə Tibb Kollecində Mülkü Müdafiə qüvvələrinin növbəti məşqi keçirilib (FOTO)

Gəncə Tibb Kollecdə 2019-cu il üçün hazırlıq planına müvafiq olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq məşqi keçirilib.

 

Mülki müdafiə qərargahının rəhbəri, tibb kollecinin direktoru M. Rzayev tədbirdə çıxış edərək fövqəladə hallar zamanı kollec əməkdaşlarının mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, rəhbər heyətə və işçilərə fövqəladə hadisələri zamanı yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasının vacibliyindən danışıb.

 

M. Rzayev əlavə edib ki, bu gün tibb kollecində yanğının vaxtında qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər görülüb, dam örtüklərinin taxta konstruksiyalarına yanğına davamlı məhlul höpdurulmuş, bütün bina yanğın əleyihinə müsir siqnal sistemi quraşdırılıb.

 

 

Sonra MM qərargah rəisi S.N.Abbasova çıxış edərək kollecin hərbiləşdirilməmiş heyətinə mülki müdafiənin yaranması barədə videoçarxlar nümayiş etdirmiş, yanğınsöndürən balonlar və onlardan istifadə qaydaları barədə bilgilər verib.

 

Abbasova kollecdə yanğın əleyhinə 80 tonluq YSH–sinin daim yanğına qarşı hazır vəziyyətdə olması, YSH-ya quraşdırılmış su nasosu barədə işçilərə geniş məlumat verib.

 

 

Yanğınsöndürmə manqasının komandiri Tariyel Əliyev çıxış edərək kollecin mərtəbələrində quraşdırılmış su kranları haqqında məlumat verərək su nasosunun işləməsi qaydasıni əyani olaraq işçilərə nümayiş etdirib.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

4/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->