Əsas bölmələr
Azərbaycan Tibb Universiteti (ATU) malik olduğu zəngin beynəlxalq münasibətləri çərçivəsində tibb sahəsində tanınmış mütəxəssisləri qonaq edir, dünya miqyaslı alimlərin müəllim və tələbələr üçün seminarlarını təşkil edir.
Belə mütəxəssislərdən biri olan ABŞ-ın Çikaqo Universitetinin professoru, Amerika İmmunoloqlar Assosiasiyasının və Amerika Mikrobiologiya Cəmiyyətlərinin üzvü Nadim Fazal universitetin müəllimləri üçün müxtəlif mövzularda seminarlar keçirib.
N.Fazalın “Müəllimlərin dərs demək fəlsəfəsi”, “Kurikulumun xəritəsi”, “Müəllimlərin tələbələri öyrətmə üsulları” mövzularında etdiyi geniş və əhatəli çıxışları müəllimlər tərəfindən maraqla qarşılanıb. “
Müasir tibbi təhsil” mövzusundakı növbəti seminarda inkişaf etmiş ölkələrin ali tibb təhsili müəssisələrində tədris zamanı əldə edilmiş yeniliklərin nəzəriyyə və təcrübədə necə öyrədilməsi məsələsinə geniş toxunulub. Professorun əldə edilən və tətbiq olunacaq yeniliklərin hansı mərhələlərlə həyata keçirilməsi, müəllimlərin onu tələbələrə çatdırması üsulları barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Nadim Fazal çıxışlarında müasir üsullarla tədrisin təşkili, inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrində tətbiq olunan qaydalardan və özünün qazandığı çoxillik təcrübələrdən danışıb, konkret nümunələr göstərib.
Yekunda seminarların aktiv iştirakçılarına ATU rəsmiləri tərəfindən sertifikatlar verilib.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, rektor müşaviri, dosent Zülfüqar Musabəyov, tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun iştirakı ilə keçən son toplantıda bu cür seminarların keçirilməsinin vacibliyindən və faydalarından danışılıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı





Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Gənc mütəxəssislər Türkiyənin aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilib
Qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri il...
Nefrologiya və laboratoriya işi ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli...
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verildi
“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlə...
Tibb bacısı ixtisası üzrə nümunəvi test sualları hazırlandı
Oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə