Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidenturaya qəbul olanlara dair ELAN

2019/2020-ciTədris ili üçün rezidenturaya qəbul olanların nəzərinə!

 

2019/2020-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 29.07.2019-cu il tarixindən 02.08.2019-cu il tarixinədək  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

 

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

 

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

 

1. Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri –  qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

 

2. Baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

 

3. Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

 

4. Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

 

 

Tarix və saat

İxtisas

29 iyul

 

09.30-13:00

Pediatriya 

 

Uşaq  cərrahiyyəsi  

Otorinolarinqologiya   

14:00-16:30

Mamalıq-ginekologiya    

 

Ürək-damar cərrahiyyəsi 

 

Neyrocərrahiyyə 

 

Allerqologiya 

Üz-çənə cərrahiyyəsi

30  iyul

 

09.30-13:00

Travmatologiya-ortopediya

Anesteziologiya-reanimatologiya  2

 

Onkologiya

 

Dermatovenerologiya

 

Urologiya      

14.00-16:30

Nevrologiya       

Ümumi cərrahiyyə

Nefrologiya       

 

31  iyul

 

09.30-13:00

Fizioterapiya və tibbi bərpa 

Yoluxucu  xəstəliklər 

 

Psixiatriya 

14.00-16:30

Kardiologiya

Narkologiya  

Endokrinologiya

Sosial  gigiyena və səhiyyənin təşkili

1 avgust

 

 

09.30-13:00

Şüa diaqnostikası 

Terapiya           

14.00-16:30

Stomatologiya

 

Mikrobiologiya

 2  avgust

09.30-13:00

Laboratoriya işi

 

Oftalmologiya

 

Plastik cərrahiyyə

 

Hematologiya 

 

Revmatologiya

14.00-16:30

Epidemiologiya    

Gigiyena

Ftiziatriya

 

Qastroenterologiya

 

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ünvan: Akad. M.Mirqasımov küç. 1A

 

 

19/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->