Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir

2010-cü ildə Ümumdünya Səhiyyə Assambleyası hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasını dəstəkləyən WHA63.18 saylı Qərar qəbul etmiş və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etmişdir. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

 

Ümumdünya Səhiyyə Təşkilatı Beynəlxalq Hepatitlə Mübarizə Gününün mövzusu altında dünya hökumətlərini hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır

 

A, B, C, D, E hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanın sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Təqribən hər 600000 insan hepatit B virusu nəticəsində, 350000-dən çox insan isə hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.

 

Hepatit virusuna yoluxmanın qarşısının alınması və onunla mübarizə: Qlobal tədbirlər üzrə çərçivə proqramı hepatitə yoluxmanın qarşısının alınması və müalicəsi üçün dörd fəaliyyət sahəsini açıqlayır. Əməkdaşlığın genişləndirilməsi və resursların səfərbərliyi ilə bərabər maarifləndirmənin gücləndirilməsi ÜST-ün yeni çərçivə proqramındakı prioritetlərin birincisini təşkil edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

26/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->