Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb Universitetinin klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb bağırsaq əməliyyatı icra olunub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb bağırsaq əməliyyatı icra olunub. 

 

Körpə ananın ikinci hamiləliyindən doğulub və qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. İkinci hamiləlikdə ana bətnində olan uşağa bağırsaq keçirməzliyi diaqnozu qoyulub. Klinikada aparılan müayinələr nəticəsində diaqnoz təsdiqlənib. Ana bətnində dölyanı suyun çoxluğu və uşağın qarın boşluğunda iki qaz qovurcuğundan başqa, iki havalanma da görünürdü. Buna dabl-babl görüntüsü də deyilir. Bu, sonradan rentgen zamanı da aşkarlandığından diaqnoz tam təsdiqləndi. Ona görə də ana qeysəriyyə əməliyyatı olundu. Körpə də doğulduğu ilk gündə əməliyyata alındı.

 

Həkimlər qeyd edir ki, son dövrlərdə yenidoğulmuşlarda bağırsaq keçirməzliyi hallarına daha çox rast gəlinir. Xəstəliyin yaranma səbəbi tam bilinmir. Bu, həm genetik ola, həm də infeksiya nəticəsində yarana bilər. Əgər bağırsaq keçirməzliyi körpənin ilk günlərində aşkarlanmasa və əməliyyat olunmasa, intoksikasiya nəticəsində ölümlə nəticələnə bilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

31/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->