Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uğurlu əməliyyat icra olunub

62 yaşlı qadın xəstə 3-4 gün epiqastrik bölgədə ağrı şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

 

Müayinələr zamanı xəstənin anamnezində Situs inverus (Döş və qarın boşluğundakı daxili orqanların bədənin qarşı tərəfində olması. Normalda sağda olmalı orqanlar solda, soldakılar sağda yerləşirlər) anomaliyası olduğu görülüb.

 

Qaraciyər sol tərəfdə yerləşdiyi üçün öd kisəsinin iltihab prosesi klinik müayinə əlamətləri də sol tərəfdə idi. Əməliyyatı icra edən həkim əməliyyatın uğurla başa çatdığını və xəstənin evə yola salındığını bildirib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

5/08/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->