Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşları avqust ayının 30-u qəbul edəcəklər

Nazir müavini Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini avqust ayının 30-u Şəki Mərkəzi Rayon Xəstəxanasında, nazir müavini Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini avqustun 30-u Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər.

 

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavinləri tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

28/08/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->