Əsas bölmələr
3-4 oktyabr 2019-cu il tarixdə Moskva şəhərində “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin milli koordinatorlarının illik seminar-toplantısı keçirildi.
Ümumdünya Səhiyyə Təkilatının (ÜST) Avropa üzrə Regional Ofisi və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşlərin əsas məqsədi Sağlamlığı Təşviq edən Məktəblər (SHE) layihəsinin milli koordinatorlarının fəaliyyətinə dəstək olunması idi. İkigünlük seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirak etdi.
Görüşlərdə 2019-2020-ci illər üçün Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün SHE layihəsi üzrə birgə iş planı nəzərdən keçirildi, məktəblərdə sağlam mühitin və rifahın yaradılması istiqamətində görülən işlərin nəticələri müzakirə edildi, əldə olunan nailiyyətlər diqqətə çatdırıldı, təcrübələr bölüşüldü. Seminarda milli koordinatorlar təqdimatla çıxış edərək, ölkə üzrə “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinə daxil olan məktəblərdə görülən işlər və əldə olunan nəticələr ilə bağlı iştirakçılara ətraflı məlumat verdilər. Sonda milli koordinatorlarla fərdi görüşlər, müzakirələr keçirildi, gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Şəbəkənin əsas məqsədi – məktəblərdə sağlamlığın təbliğini, şagirdlərin normal fiziki inkişafının təmin olunmasını, uşaqların sağlamlığının qorunmasını təşviq etməkdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Qobustan və Zaqatala MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
Təcili Tibbi Yardım Stansiyasına daxil olmuş çağırışlara dair məlumat
Həkimlər üçün növbəti vakant yerlər elan olunur
Prezident İlham Əliyev Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının açılışında iştirak etmişdir
Oqtay Şirəliyev Krımın Kurortologiya naziri Aleksandr Liyevi qəbul edib
Cin Xalq Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüş olmuşdur
Səhiyyə naziri Türkiyənin Əmək və Sosial Müdafiə naziri ilə görüşüb
Rezidenturaya qəbul olunan həkimlərin hazırlığına cavabdeh olan mütəxəssislərlə toplantı keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə