Əsas bölmələr
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 45 yaşlı qadının əsas şikayətləri ani, şiddətli baş ağrısı olub. Baş beyin tomoqrafiyasında SAQ (subaraxnoid qansızma) aşkar edilib.
85-90% hallarda SAQ-ın səbəbi baş beyin damarlarının qanamış anevrizmasıdır və mütləq angioqrafiya icra edilməlidir. Bu pasiyentdə angioqrafiyada sol orta beyin arteriyası bifurkasiyasında 12 mm, geniş boyunlu anevrizma (M2 inferior trunk anevrizmanın boynundan çıxır) aşkar edilib. DSA icra olunub və embolizasiya üçün anevrizmanın uyğun olmadığına qərar verilib. SAQ-ın 3-cü günündə neyrocərrah Azər Əkbərov tərəfindən həyata keçirilən açıq əməliyyat nəticəsində anevrizma kliplənib. 7 gün sonra nevroloji qüsur olmadan evə yazılan qadında keçən günlər ərzində azalan yüngül dərəcəli mental pozulma izlənilib.
SAQ-da qanama anında xəstələrin 15%-i dünyasını dəyişir. Xəstələrin 25%-i xəstəxanada SAQ ağırlaşmasından (vazospazm və s.) dünyasını dəyişir. Həyatda qalanların sadəcə 20-25%-i tam normal həyata qayıdır.
Qanamış anevrizma təcili müalicə edilməlidir. Müalicəsiz ilk 14 gündə təkrar qanama 20-25%, birinci ayda 40% təşkil edir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı
XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi öz işinə başlayır
Şirvan və Gədəbəy MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Tibb mütəxəssisləri sertifikasiya haqqında maarifləndirilirlər
Ölkə başçısı İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin tikilişinə əlavə vəsait ayırdı
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab Azərbaycana səfər edəc...
Qastroenterologiya üzrə elmi-praktiki kurslar keçirilir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə