Əsas bölmələr
Moskva şəhərində 20-22 noyabr 2019-cu il tarixdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştrakı ilə Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin 5-ci Avropa Konfransı keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məktəblərdə sağlamlığın qorunmasına, təhsil keyfiyyətinin yüksəldilməsinə yönələn səyləri birləşdirmək, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq və uğurlu nəticələri müzakirə etmək idi.
Konfransda “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education - SHE) Avropa şəbəkəsinin Səhiyyə Nazirliyi tərəfindən təyin olunan Azərbaycan üzrə koordinatoru, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSIM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin İlkin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynur Zeynalova, İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, "Sağlam təhsil – sağlam millət" layihəsinin ATU tərəfindən koordinatoru Şəhla Balayeva, ATU-nun Pediatriya kafedrasının professoru Hüseyn Qabulov, ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti Zöhrə İsmayılova və həmin kafedranın doktorantı Qoşqar Orucov iştirak ediblər.
Rusiya Federasiyasının səhiyyə və təhsil idarəetmə orqanları rəhbərlərinin, valideynlər, gənclər və ictimai təşkilatların nümayəndələrinin iştrakı ilə keçirilən konfrans zamanı təhsil ocaqlarında sağlamlığın təbliğinin əhəmiyyəti, tədris prosesi zamanı məktəb və şagirdlərin həm fiziki, həm də pisixi rifahının təmin edilməsinin vacibliyi bir daha vurğulanıb, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkə nümayəndləri çıxış edərək, məktəblərdə şagirdlərin sağlamlığının möhkəmləndirilməsinə dair görülən işlər və əldə olunan nəticələr barədə iştirakçılara ətraflı məlumat veriblər.
Təhsil və səhiyyə sahəsində davamlı inkişafa yönələn əməkdaşlığı təmin etməklə daha sağlam nəsilin formalaşmasına töhfə vermək məqsədilə təşkil olunan konfransda səylərin birləşdirilməsi və sektorlararası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Qeyd edək ki, konfransda Azərbaycan, Almaniya, Fransa, Böyük Britaniya, Norveç, İtaliya – bir sözlə, 53 ölkənin nümayəndələri təmsil olunublar.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Rezidenturaya imtahan vermiş namizədlərin nəzərinə!
XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi öz işinə başlayır
Respublika Diaqnostika Mərkəzinə Beynəlxalq Keyfiyyət sertifikatı tətbiq olunub
Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı müsahibədən 63 nəfər keçib
5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olmuşdur
Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbət...
Mütəxəssislərimiz tibbi diaqnozların və Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı üzrə təşkil olunmuş...
Səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalamışdır
Səhiyyə Naziri Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu üzrə Daimi Komitəsinin növbəti iclasında iştirak etm...
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə