Əsas bölmələr
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşlarının Azərbaycan Tibb Universitetində (ATU) tələbələrlə görüşü olub.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov universitet rəhbərliyi adından qonaqları salamlayaraq, görüşün məqsədi barədə söhbət açıb. Şöbə müdiri bildirib ki, BQXK-nın Azərbaycan nümayəndəliyi universitetdə könüllülərdən ibarət “İlk yardım” tələbə klubunun təşkil olunmasını, tələbələrə bu istiqamətdə təlimlərin keçirilməsini istəyir.
M.Orucov insanlara ilk yardımın əhəmiyyətinin vacibliyinə toxunaraq yeni yaranacaq klubun ölkəmizdə və universitetlər arasında birinci olacağına da ümid etdiyini bildirib.
Nümayəndəliyin əməkdaşı Tərlan Ağayev çıxışı zamanı özünün ATU-nun məzunu olduğunu bildirib. O, 10 ildən sonra təkrar Tibb Universitetində olmaqdan və tələbələrlə görüşməkdən məmnunluğunu ifadə edib. T.Ağayev münaqişə zonasında ilk tibb yardımının necə təşkil edilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verib, mövzuya dair videoçarxlar nümayiş etdirib.
Nümayəndəliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova da öz çıxışında BQXK və onun yaradılması məqsədi barədə tələbələri məlunatlandırıb: “Adından göründüyü kimi Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq qurumdur. Mərkəzi ofisi Cenevrədə olan qurum 1863-cü ildə silahlı münaqişələr zamanı münaqişədən əziyyət çəkənlərə, yaralılara humanitar yardım etmək məqsədilə yaradılıb. Təşkilatın Azərbaycan nümayəndəliyi ölkəmizdə Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərir”.
İ.Hüseynova, həmçinin BQXK-nın ölkəmizdəki geniş fəaliyyətindən, münaqişə zonalarında görülən işlərdən, saxlanılan şəxslərlə və onların saxlanma şəraiti ilə maraqlanmasından, əsirlikdə olan şəxslərin qaytarılmasında təşkilatın missiyasından, qurumun Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığından və s. geniş söhbət açıb.
Görüşdə, həmçinin tələbələri maraqlandıran suallara ətraflı cavab verilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı


Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Şirvan və Gədəbəy MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
14 noyabr Ümumdünya Diabet günüdür
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Sertifikasiya imtahanları davam edir
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
“Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda Pilot təlim kursu keçirilmişdi
Şəkidə yeni Mərkəzi Xəstəxana istifadəyə verilmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev Avropa Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə