Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sankt-Peterburq şəhərində seminar keçirilir (FOTO)

18 noyabr 01 dekabr Sankt-Peterburqda “Federal Tibbi və Bioloji Agentliyin Uşaq İnfeksiya Xəstəlikləri Araşdırma və Klinik Mərkəzi”ndə seminar keçirilir.

 

Tədbirin keçirilməsində məqsəd uşaqların sağlamlığının qorunması, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq və uğurlu nəticələri müzakirə etməkdir.

 

Seminarda bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan 10 tibb mütəxəssisi iştirak edir.

 

Tədbirdə uşaq ölümlərinin araşdırılmasının yolları həmçinin infeksion xəstəliklərdən baş verən ölümlərin azaldılmasına necə nail olmaq barədə məruzələr dinlənilib.

 

Pediatriya səhasində həkimlərin peşəkarlıq səviyyəsinin artırılması yolları müzakirə edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

26/11/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->