Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İlkin səhiyyə xidmətləri üzrə təqdimat layihəsinin bir hissəsi olaraq rayon mərkəzi xəstəxanalarında təlimlər keçirilir (FOTO)

İlkin səhiyyə xidmətləri üzrə təqdimat layihəsinin bir hissəsi olaraq, Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş 10 rayon mərkəzi xəstəxanalarının doğum şöbəsində və perinatal mərkəzlərində təlimlər keçirilir.

 

Oktyabrın 13-14-ündə Qazax, Tovuz, Mingəçevir mərkəzi xəstəxanalarında, dekabrın 4-ü və 5-ində isə Qax, Zaqatala rayon mərkəzi xəstəxanasında və Şəki Perinatal mərkəzində "yenidoğulmuşların şöbəsində müasir avadanlıqların istifadə qaydalarının təkmilləşdirilməsi" nə dair təlimlər Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov, "Neonatal xidmətinin təkmilləşdirilməsi komissiya"nın mütəxəssisi Aynur Bağırova, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatından nümayəndələr təlimlərin təşkili və keçirilməsi üçün rayonlara ezam olunub.

 

Təlimlər teoretik və praktik hissələrdən ibarət olub və şöbələrdə mövcud olan avadanlıqların üzərində aparılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

6/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->