Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU rəsmiləri qış imtahan sessiyasının gedişini izləyiblər (FOTO)

Dekabrın 28-dən etibarən payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Xəbər verildiyi kimi, dekabrın 14-də imtahana hazırlıqla bağlı ATU-nun tədris və müalicə işləri üzrə prorekoru, professor Sabir Əliyevin nəzarətçilərlə görüşü olub. Görüşdə fakültə dekanları, şöbə müdirləri də iştirak edib. Qeyd edilib ki, imtahanlrın şəffaflıq şəraitində və daha da obyektiv keçirilməsi üçün nəzarətçilərə ciddi tapşırıqlar verilib.

 

Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubovun bildirdiyinə görə, I kursların imtahanlarında dəyişiklik edilib. Belə ki, qeyri-tibbi fənlərdən tələbələr 25 sualdan 10 sualı imtahan mərkəzində olan digər testlərdən olmaqla cavablandırıblar və bu suallar internetdə yerləşdirilib. 15 sual isə nümunəvi test tapşırıqları adı altında universitetin saytında yerləşdirilən suallardan düşür. Tibbi fənlərdən isə 5 sual universitetin saytında yerləşdirilən suallardan, 20-si isə gizli suallardan düşür. Bu da tələbələrin imtahana hazırlıq səviyyəsinin artmasına xidmət edir. II, III və IV kurs tələbələri 25 sualdan 15-ni universitet sayıtında yerləşdirilən suallardan, 10-nu isə gizli hesab olunan suallardan olmaqla cavablandırır. Digər kurslarda isə test imtahan suallarının hamısı universitetin sayıtında yerləşdirilir.

 

Magistratura pilləsində isə imtahanlar hər iki kursda həm test üsulu ilə, həm də yazılı formada aparılır.

 

Qeyd edək ki, I müalicə profilaktika fakültəsi üzrə 2135, II müalicə profilaktika üzrə 2141, stomatologiya üzrə 1111, əczaçılıq üzrə 467, İctimai səhiyyə üzrə 395, Hərbi tibb fakültəsi üzrə isə 384-ü həkim və 44 nəfəri feldşer olmaqla imtahan verəcəklər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

8/01/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->