Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Minskdə keçirilən beynəlxalq tədbirdə ölkəmiz uğurla təmsil olunub (FOTO)

Belarusiyanın Minsk şəhərində “Kimyəvi maddələrin idarəedilməsində səhiyyə sektorunun iştirakı və ÜST-ün Yol Xəritəsinin həyata keçirilməsi” mövzusunda beynəlxalq tədbir təşkil edilib.

 

11-12 fevral tarixlərində keçirilən konfransda ölkəmizi Azərbaycan Tibb Universitinin dosenti, Bakı şəhərinin baş toksikoloqu İsmayıl Əfəndiyev təmsil edib.

 

Toplantıda ÜST-ün Mərkəzi Qərarqahının və Avropa Regional ofisinin məsul mütəxəssisləri, Avropa ölkələrinin kimyəvi təhlükəsizlik üzrə milli ekspertləri, bir sıra beynəlxalq və QHT-lərin nümayəndələri iştirak ediblər.

 

Tədbirin keçirilməsində əsas məqsəd Avropa regionunda əhali arasında kimyəvi riskin azalması naminə ətraflı tədbirlər planı işləyib hazırlamaq olub.

 

Dosent İsmayıl Əfəndiyev Azərbaycanın bu səhədə olan ölkə təcrübəsi və zəhərlənmələrin idarəedilməsində lazım olan dəstəyi barəsində geniş məruzə ilə çıxış edib.

 

Müzakirələrin yekununda ÜST üzv dövlətlərdə əhali arasında ekoloji-kimyəvi riskin və zəhərlənmələrin azalmasına dair Ümümdünya Səhiyyə Təşkilatının iş planı qəbul olunub. Tədbirin yekun sənədində ÜST-ün “Kimyəvi maddələrinin idarəedilməsi Yol Xəritəsinə” uyğun insan sağlamlığına toksik təsirlərin azalması, toksikoloji mərkəzlərdə işlərin mükəmməlləşməsi, təhlükəli kimyəvi maddələrin və kəskin zəhərlənmələrin registrinin yaradılması və monitorinqinin keçirilməsi, kimyəvi xarakterli fövqəladə hadisələrə hazırlığın yüksəldilməsi və s. məsələlər əks olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

13/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->