Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin təkrar yekun attestasiyası haqqında Elan

2020-ci il fevral ayında Azərbaycan Tibb Universitetində həkim-rezidentlər üçün təkrar yekun attestasiya imtahanı keçiriləcək.

 

Əmək qabilliyyətini müvəqqəti itirmiş, sosial məzuniyyətlə əlaqədar 2019-cu il oktyabr ayında iştirak edə bilməyənlər və yekun attestasiya imtahanından keçməyən həkim-rezidentlər.

 

Yekun attestasiya iki (test və praktik) mərhələdə aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 45 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 40 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. 5 sual açıq test sualları olub hər biri 2 balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

 

İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı amu.edu.az saytına yerləşdirilib.

 

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.

 

Yekun Attestasiyanın test mərhələsi 25.02.2020-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcək. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 20.02.2020-ci il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 27.02.2020-ci il tarixlərində saat 09:30-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09:00-da ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilib:

 

 

 
İxtisaslar
 
Tarix 
 
Yekun attestasiya praktik 
mərhələsi  üzrə
keçiriləcəyi yer
Ürək-damar
cərrahiyyəsi
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris Cərrahiyyə Klinikası
II mərtəbə
Ümumi cərrahiyyə
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris Cərrahiyyə Klinikası 
X mərtəbə
Plastik cərrahiyyə
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris  Cərrahiyyə  Klinikası
VIII mərtəbə
Urologiya
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris  Cərrahiyyə  Klinikası  XII mərtəbə  
Nefrologiya
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris  Terapiya Klinikası
IV mərtəbə
Mikrobiologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
4
nömrəli  tədris binası 
III mərtəbə
Laboratoriya işi
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
4
nömrəli tədris binası 
Biokimyəvi laboratoriya
Anesteziologiya
reanimatologiya
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris  Terapiya  Klinikası, 
IV  mərtəbə
Oftalmologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris  Cərrahiyyə Klinikası  VI mərtəbə
Onkologiya
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Onkologiya Klinikası
Mamalıq-ginekologiya
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Cərrahiyyə Klinikası
VI mərtəbə
Otorinolarinqologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Cərrahiyyə Klinikası VIII mərtəbə
Nevrologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya Klinikası
VII mərtəbə
Terapiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya Klinikası
VIII mərtəbə
Kardiologiya
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya
Klinikası
I mərtəbə 
Qastroenterologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya Klinikası
XI mərtəbə
Hematologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə
Dermatovenerologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris Terapiya Klinikası
I mərtəbə
Yoluxucu xəstəliklər
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya Klinikası
I mərtəbə
Endokrinologiya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris Terapiya Klinikası
IX mərtəbə
Pediatriya
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin 
Tədris Terapiya Klinikası
V mərtəbə
Şüa diaqnostikası
 
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Terapiya Klinikası
II mərtəbə
Patoloji anatomiya, 
məhkəmə-tibbi ekspertiza
27.02.2020
Məhkəmə Tibbi Ekspertizası 
və Patoloji anatomiya Birliyi
Neyrocərrahiyyə
  
27.02.2020
Azərbaycan Tibb Universitetinin
Tədris Cərrahiyyə Klinikası
IX mərtəbə

 

 

 

 

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi - 012 597 44 83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

13/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->