Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 491 yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 12729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib. Aktiv xəstə sayı 5776 nəfərdir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 min 49 test aparılıb. Bugünkü test sayı isə 4947-dir.

21/06/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->