Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan və Türkiyənin aidiyyatı qurumları arasında COVİD-19-a dair epidemioloji nəzarət məsələləri üzrə online müzakirələr keçirilib

Türkiyə Cümhuriyyəti Səhiyyə nazirinin müavini Emine Alp Meşe və Nazirliyin Elmi-Tibbi Şurası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyatı mütəxəssislərin iştirakı ilə keçirilən videokonfransda hər iki ölkə COVİD-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

Xəstəxanadaxili infeksiyaya nəzarətin təşkili, xəstə təmas zəncirinin təhlili və tətbiq edilməsi, “simptomsuz” xəstələr üzərində epidemioloji nəzarət və COVİD-19 virusu üçün innovativ müayinə metodları kimi mövzulara da diqqət yetirilib.

 

Hər iki ölkə nümayəndələri COVİD-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildiriliblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

25/06/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->