Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri və İtaliya Səfiri arasında COVİD-19 virusu ilə mübarizə haqqında təcrübə mübadiləsi görüşü keçirilib

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

 

Görüşdə koronavirusla mübarizədə İtaliya və Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan tərəfi İtaliyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

 

Tərəflər onkologiya, ortopediya və biotəbabət kimi sahələri özündə birləşdirən səhiyyə sektorunda mövcud olan ikitərəfli əlaqələr barədə də danışıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

25/06/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->