Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 547 yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib. Aktiv xəstə sayı 6613 nəfərdir.

 

Ötən müddət ərzində 449 min 235 test aparılıb. Bugünkü test sayı isə 7274-dür.

25/06/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->