Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi ilə İtaliyanın “Lazzaro Spallanziani” İnstitutunun Elmi Şurası arasında COVİD-19-a qarşı mübarizə tədbirləri mövzusunda görüş keçirildi

30 iyun 2020-ci il tarixdə keçirilən görüşdə Azərbaycan tərəfindən Səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavini-respublikanın baş sanitar həkimi, Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri, İtaliya tərəfindən isə Fövqəladə və Səlahiyyətli səfir cənab Auqusto Massari və professor Cüzeppe İppolitonun rəhbərliyi ilə “Lazzaro Spallanziani” İnstitutunun Elmi şurasının üzvləri iştirak edirdilər.

 

Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, hər iki ölkədə xəstəliyin yayılması, “Know How” və innovasiyaların tətbiqi, statistik göstəriçilər, xəstəxana-tibb işçiləri potensialı, dərman və ləvazimat təchizatı, tibb personalının qorunması, xəstəliyin klinikası, formaları, ağırlaşma dərəcələri, COVİD-19-a yoluxmanın diaqnostik kriteriyaları və digər məsələlər müzakirə edildi.

 

Müzakirələr əsnasında italiyalı həmkarlara ilkin testlərin harada götürülməsi (stasionar, poliklinika və ya məişət şəraitində), yüngül klinikalı xəstələrin sahə həkimləri tərəfindən müalicəsi imkanları, təmasların izlənməsi, antivirus terapiya, antibiotiklər və antikoaqulyantların, habelə kortikosteroidlərin tətbiqi, pasientlərlə birbaşa təmasda olan tibb işçilərinin növbədən sonra təcridi, eləcə də və aparılan elmi araşdırmalar haqqında verilən sorğulara səfirliyin vasitəçiliyi ilə materialların Azərbaycana təqdim edilməsi üzrə razılığa gəlindi. Görüşlərin bu formatda mütəmadi keçirilməsinə dair aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

 

 

 

 

 

1/07/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->