Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pandemiyası dövründə rolunun artırılması, mövcud çətinliklər və həlli yolları” adlı virtual görüş keçirilib

COVİD-19-la mübarizə çərçivəsində bütün dünya ölkələrində vətəndaş cəmiyyəti nümayəndələrinin/icmaların rolunu nəzərə alaraq, ölkəmizdəki cari vəziyyətlə bağlı maarifləndirmə işlərinin aparılması üçün, eyni zamanda İİV və Vərəm proqramlarının icrasında COVİD-19 infeksiyasının zərərinin azaldılması istiqamətində dövlət strukturları ilə yanaşı, QHT-lərin də rolunu müzakirə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) Katibliyi tərəfindən “Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pandemiyası dövründə rolunun artırılması, mövcud çətinliklər və həlli yolları” mövzusunda 30 iyun tarixində virtual görüş təşkil olunub. Görüşü ÖƏK sədr müavini Rüstəm Salayev və ÖƏK katibliyinin nümayəndəsi Aytən Hüseynova açaraq bildiriblər ki, COVİD-19-la mübarizədə QHT-lərin üzərinə çox böyük məsuliyyət düşür və İİV/QİÇS və Vərəm istiqamətində fəaliyyət göstərən QHT-lər bu prosesdə heç bir köməklərini əsirgəmirlər.

 

#BizBirlikdəGüclüyük devizi altında öz səylərimizi birləşdirmək və mövcud çətinlikləri birlikdə aradan qaldırmaq QHT-lərin və dövlət müəssisələrinin birgə yaxından fəaliyyət göstərmələri vurğulanıb. Görüşdə Səhiyyə Nazirliyi Layihələri Əlaqələndirmə Birliyi, TƏBİB, Ədliyyə Nazirliyi. Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Qlobal Fond Yerli Fond Agentliyi, Vərəm və İİV/QİÇS sahəsində fəaliyyət göstərən QHT-lər fəal iştirak etmiş və virusla mübarizə çərçivəsində mövcud problemlər və boşluqlardan danışaraq, onların həlli istiqamətində dəyərli təkliflərini bölüşüblər.

 

QHT nümayəndələrinə öz təkliflərini yazılı şəkildə Ölkə Əlaqələndirmə Komissiyası katibliyinə çatdırmaları barədə müraciət edilib. LƏB-in direktoru Yaşar Orucov çıxış edərək Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə görülmüş işlər barədə qısa məlumat verərək Nazirliyin QHT-lərlə sıx əməkdaşlıq çərçivəsində işləməyə hazır olduğunu vurğulayıb. Eyni zamanda, TƏBİB-in və Ədliyyə Nazirliyinin nümayəndələri qısa zaman ərzində həyata keçirilmiş mübarizə tədbirlərindən bəhs ediblər və QHT-ləri xüsusilə maarifləndirmə işlərində daha aktiv olmağa səsləyiblər. Görüş zamanı Sağlamlığa Xidmət İB tərəfindən Moldova, İtaliya və Ukraynada fəaliyyət göstərən QHT-lərin COVİD-19 pandemiyası dövründə gördükləri işlərdən - beynəlxalq təcrübədən bəhs olunmuş və dəyərli təkliflər səslənmişdir. Yekunda QHT-lər bir sıra maraqlı təklfilər səsləndirərək daim əməkdaşlığa hazır olduqlarını və qısa zaman ərzində öz təkliflərini bölüşəcəklərini bildiriblər.

 

2/07/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->