Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AR Səhiyyə naziri Oqtay Şirəliyev Kuba Respublikasından gələn tibb heyəti ilə görüş keçirib

 

14 avqust 2020 - ci il tarixində AR Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.

 

Toplantını giriş sözü ilə açan Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib və bildirib ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir çıxışında kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.

 

Heyətin rəhbəri, professor Dalsy Torres Avilla çıxışı zamanı Azərbaycanda xəstəxana-müalicə infrasturukturunun yaradılmasından danışıb. Heyət rəhbəri bildirdi ki, həkim və orta tibb işçisi potensiyalının kifayət qədər olması təqdirəlayiq haldır. Bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri olduğunu bildirib və kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu vurğulayıb.

 

Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədyönlüyüyü vurğulanıb.

 

 

 

 

 

 

 

14/08/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->