Əsas bölmələr
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bir sıra dövlət qurumlarında görüşlər keçirib ki, bu görüşlərin əsas mövzusu Azərbaycanda COVID-19 virusuna qarşı aparılan mübarizə olub.
Səhiyyə Nazirliyində baş tutan toplantını giriş sözü ilə açan Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib. Nazir bildirib ki, COVID-19-a qarşı mübarizədə beynəlxalq təşkilatların və ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq və həmrəylik prinsipi müstəsna əhəmiyyət kəsb edir.
Baş katib Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin səhiyyə sahəsində əməkdaşlığın daha da gücləndirilməsini öz çıxışında xüsusi vurğulayıb. Azərbaycanda COVID-19-a qarşı mübarizə üzrə səhiyyə siyasətinin qurulması, ambulator poliklinik xidmətin bu işə cəlb edilməsi və stasionarların hazırlanması da qeyd edilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin Səhiyyə Nazirlərinin görüşündən sonra Elmi-Tibbi Qrupun eləcə də Təchizat Zənciri Qrupunun yaradılması diqqətə çatdırılıb.
Sonda Səhiyyə naziri Oqtay Şirəliyev görüş iştirakçılarına bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatında türk dünyasının Azərbaycanı birmənalı dəstəkləməsini qeyd edərək Azərbaycan hökuməti və xalqının bunu yüksək qiymətləndirdiyini deyib.
Xatırladaq ki, Azərbaycanın sədrliyi çərçivəsində ölkə Prezidentinin təşəbbüsü ilə 10 aprel 2020-ci il tarixində videokonfrans formatında COVID-19 ilə mübarizəyə dair Fövqəladə Zirvə Görüşü keçirilib. Pandemiya ilə mübarizə üzrə təşkilatın üzv və müşahidəçi dövlətlərinin səylərinin birləşdirilməsi qərara alınıb. Bunun davamı olaraq 28 aprel 2020-ci il tarixində Türk Şurası üzv və müşahidəçi dövlətlərinin Səhiyyə Nazirlərinin COVID-19-a həsr edilmiş videokonfransı keçirilib və davamlı əməkdaşlığa dair qərarlar qəbul edilib.
Görüşün sonunda təşkilatla davamlı əməkdaşlıq müzakirə edilib.

2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!
“Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kursları keçiriləcək
Prezident İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri il...
Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası işini davam etdirmişdir
Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Ailə həkimlərinə xüsusi çantalar təqdim olundu
Səhiyyə işçiləri təltif olundu
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə