Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 4127 nəfər müalicə olunaraq sağalıb, 1064 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 218 min 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 184 min 422 nəfər müalicə olunaraq sağalıb, 2641 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 637 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 195 min 466 test aparılıb. Bugünkü test sayı isə 10 min 219-dur.

31/12/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->