Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə oktyabr ayında start verilib.
Belə ki, akademiyanın professura və dosent heyəti tərəfindən 3-22 oktyabr 2011-ci il tarixlərində azərbaycanlı müdavimlər üçün mama-ginekologiya və endoskopiya üzrə elmi-praktiki kurslar keçiriləcək. Kurslara Bakı və bölgələrdə çalışan mütəxəssislər cəlb edilib.
Bundan əlavə həmin sazişə əsasən 10.10.2011-ci il tarixindən etibarən bir qrup neonatoloq azərbaycanlı müdavimlər üçün kurslar keçirəcəklər.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
5/10/2011