Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 361 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 230 min 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224 min 168 nəfər müalicə olunaraq sağalıb, 3145 nəfər vəfat edib. Aktiv xəstə sayı 3304 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 426 min 945 test aparılıb. Bugünkü test sayı isə 7198-dir.

3/02/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->