Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verildi

63 çarpayılıq yeni korpusda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək.

 

Ümumi 100 çarpayılıq xəstəxana əhalinin sağlamlığının qorunmasına xidmət edir. 356 nəfərlik personal gündə 500-ə qədər xəstə qəbul edə biləcək.

 

Qeyd edək ki, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası iki korpuslu stasionar və poliklinika şöbələrindən ibarətdir.

 

Müasir avadanlıqlarla təchiz edilmiş yeni korpusu Səhiyyə Nazirliyi bugündən vətəndaşların xidmətinə verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9/02/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->