Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin yekun attestasiyası haqqında Elan

Yekun attestasiya test mərhələsində rezident 3 saat ərzində 50 test sualına cavab verməlidir. 50 test tapşırığından 40 standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaqdır. 2019-2020-ci tədris ilindən etibarən rezidentlərin yekun attestasiya qiymətləndirilməsində tətbiq olunan hər bir test tapşırığı 2 balla qiymətləndirilən 5 açıq tipli testlərdən istifadə olunacaqdır.Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

 

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun Attestasiyanın test mərhələsi ixtisaslar üzrə aşağıda göstərilən tarix və saatlarda Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Saat 10:00-13:00

I zal

 

 

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

Kardiologiya

Şüa-diaqnostikası

Narkologiya

Yoluxucu xəstəliklər

Allerqologiya və immunologiya

Uşaq cərrahiyyəsi

Travmatologiya-ortopediya

  

II zal

 

Laboratoriya işi

Mikrobiologiya

Patoloji anatomiya

Stomatologiya

Ürək-damar cərrahiyyəsi

Qastroenterologiya

Endokrinologiya

Dermatovenerologiya

Onkologiya

Hematologiya

Nevrologiya

Daxili xəstəliklər

Ftiziatriya

Pediatriya

Neyrocərrahiyə

 

Qeyd: Praktik məşğələlər üzrə ixtisas imtahanının tarixləri sonraki elanda göstəriləcək. Həkim-rezidentlərin şifrələri ilə əlaqədar hər-hansı problem olarsa Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinin 012 597 44 83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.

 

 

 

 

 

 

 

 

15/02/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->