Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir
Oktyabrın 13-də Azərbaycan Tibb Universitetində XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi öz işinə başlamışdır.
Konqres iştirakçıları öncə universitetdə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov 26 ölkənin aparıcı elm adamları və tibb mütəxəssislərinin iştirak etdikləri konqresi açaraq, işinə uğurlar arzuladı. Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin sədri, professor Həsən Özkan, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayev çıxış edərək konqresin əhəmiyyətindən danışdılar.
Oktyabrın 15-dək davam edəcək beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
13/10/2011