Əsas bölmələr
İyulun 6-da Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.
Rusiya Federasiyasının səhiyyə naziri, Bakıda səfərdə olan Mixail Muraşko, Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev uzaqgörən siyasətçi Heydər Əliyevin kadr potensialının gücləndirilməsinə böyük diqqət göstərdiyini vurğuladı. 1974-cü ildə Ulu Öndərin Moskvaya oxumaq üçün göndərdiyi gənc tibb işçiləri bu gün Azərbaycanın elmi və tibbi potensialının əsasını təşkil edir.
Onun sözlərinə görə, Seçenov Universitetinin Bakı filialının açılması Azərbaycanda tibbi təhsilin inkişafında mühüm bir mərhələdir. Müstəqil düşünən və müasir tələblərə cavab verən yeni nəsil həkimlərin formalaşması üçün hazırlanmış möhtəşəm bir layihə Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb.
Filialın rektoru Əziz Əliyev bu ali məktəbin yaradılması tarixi və fəaliyyəti barədə məlumat verib, yüksək ixtisaslı həkimlərin hazırlanmasını daim və hərtərəfli dəstəklədiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, filialın ilk məzunları 87 nəfərdir, onlardan 15-i bu adlı-sanlı məktəbi fərqlənmə diplomu ilə bitirib.
Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko da məzunları təbrik edib. Nazir bu böyük humanitar layihənin həyata keçirilməsinə görə Prezident Vladimir Putinə və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib
Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri il...
Təcili Tibbi Yardım Stansiyasına daxil olmuş çağırışlara dair məlumat
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Kiyev Ürək Mərkəzinin tanınmış ekspertləri ölkəmizə səfər etmişlər
Sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycandadır
Yeni vahid resept blank forması təsdiqlənmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə