Əsas bölmələr
COVID-19 pandemiyası dövründə tibb işçilərinin bilik və bacarıqlarının artırılması, ana-uşaq sağlamlığının qorunması, yenidoğulanların koqnitiv inkişafına müasir yanaşmanı, COVID-li uşaqlarda xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, qidalanmaya yanaşmanı və bu sahədə müasir yeniliklər ilə tibb işçilərini tanış etmək məqsədilə Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Neonatal Xidmətin Təkmilləşdirilməsi Komissiyası, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, “Uptodate in Medicine” təşkilatının birgə əməkdaşlığı ilə 5-7 iyul 2021-ci il tarixdə “Neonatololoji və pediatrik qidalanmaya multidissiplinar yanaşma” adlı onlayn konfrans keçirilib.
Konfrans Türkiyə və Azərbaycandan 200-dək həkimin iştirakı ilə keçirilib.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov “Ana südü ilə qidalanma ilə nekrotik enterokolit arasında əlaqə” adlı məruzə ilə çıxış etdi.
Bakı şəhəri baş allerqoloqu, professor Lalə Allahverdiyeva “COVID-19-un pediatrik problemləri” adlı vacib və aktual təqdimatla çıxış edərək, iştirakçı həkimlərin ona ünvanladığı suallara aydınlıq gətirdi.
Konfransda həmçinin Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimovun, Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının professoru Vəli Əsmətovun, Elmi Tədqiqat-Mamalıq Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri Fatimə Hacıyevanın, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim pediatrı Azər Əhmədovun və digərlərin məruzələri dinlənildi.
Tədbirdə “Uşaqlarda həzm sistemi orqanlarının funksiyalarına təsir edən preparatların farmakologiyası”, “Nevroloji xəstəliklərdə qidalanmanın rolu”, “Uşaqlarda refluks xəstəliyi”, “Uşaqlarda dəmir defisitli anemiyalar” və digər mövzular müzakirə olundu.
Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 18 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.



Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Kiyev Ürək Mərkəzinin tanınmış ekspertləri ölkəmizə səfər etmişlər
Sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycandadır
Yeni vahid resept blank forması təsdiqlənmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə