Əsas bölmələr
Vətən müharibəsi qazisinin 24 sm-lik sümük defekti uğurla bərpa olundu.
Azərbaycan səhiyyəsinin yeni uğuru.
Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov bildirib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa etdilər.
Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir. Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olundu. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub.
Qeyd etmək lazımdır ki, bu osteosintez üsulu böyük təcrübə və hər iki tərəfdən, yəni həkim və xəstə tərəfdən səbr tələb edir, hansı ki, gündə 1mm-ə qədər bərpa prosesi gedir. Hal-hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.

Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Kiyev Ürək Mərkəzinin tanınmış ekspertləri ölkəmizə səfər etmişlər
Sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycandadır
Yeni vahid resept blank forması təsdiqlənmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə