Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin mütəxəssisləri onlayn formatda keçirilən beynəlxalq konqresdə iştirak edib

İyulun 14-16-sı Fransanın paytaxtında onlayn formatda Avropa Kəllə-üz-çənə cərrahlarının XXV Beynəlxalq Konqresi keçirilib.

 

Tədbirdə ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, Yaponiya, Cənubi Koreya və s. ölkələrin Ağız və Üz-çənə cərrahları cəmiyyətlərinin ən qabaqcıl mütəxəssisləri, dünya şöhrətli alimləri və gənc tətdqiqatçıları iştirak edib.

 

İlk dəfə olaraq Avropa Kəllə-üz-çənə cərrahlarının konqresində Azərbaycan Ağız və Üz-çənə cərrahları Cəmiyyəti (AzOMFS) iştirak edib.

 

Konfransda AzOMFS sədri professor Çingiz Rəhimovun moderatorluğu qonaq cəmiyyətlərə ayrılan xüsusi səhifədə Milli Onkologiya Mərkəzinin direktor müavini, professor Əziz Əliyevin, Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, professor Eldar Qasımovun, ATU-nun dosenti Nigar Sultanovanın, Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Cavid Əhmədbəylinin və digərlərinin məruzələri dinlənilib.

 

Konfrans təşkilatçılarından daxil olan məlumata görə (rəsmi sənədlə təsdiq edilir), Ağız və Üz-çənə cərrahları cəmiyyətlərinin arasında ən çox baxılan və yüksək qiymətləndirən AzOMFS üzvlərinin məruzələri sayılıb, bu da Azərbaycan səhiyyəsinin böyük nailiyyətidir.

 

16/07/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->