Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AR Səhiyyə Nazirliyində Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Humanitar və səhiyyə fövqəladə halları üzrə mərkəzinin nümayəndələri, Türk Şurasının Layihə direktoru, eləcə də Türkiyənin Səhiyyə Nazirliyinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

 

Görüş “Türk Şurası ölkələrində səhiyyə fövqəladə hallarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi” layihəsinin Azərbaycanda həyata keçirilməsi üçün nəzərdə tutulub.

 

Tədbir zamanı ölkəmizdə təcili tibbi yardım xidmətlərini gücləndirmək, səhiyyə fövqəladə hallarına hazırlıq və müdaxilə ilə baglı Azərbaycanda təlimçi yetişdirmək, gələcəkdə əməkdaşlıq üçün təcrübə və təhlilləri bölüşmək və sair mövzular geniş müzakirə olunub.

 

Tərəflərin yenidən bir araya gələrək adı çəkilən layihənin həyata keçirilməsi üçün növbəti addımların atılacağı nəzərdə tutulub.

 

 

 

 

 

25/08/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->