Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumatı

Hazırda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

 

Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

 

Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.

 

Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.

 

8/09/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->