Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AR Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

 

COVID-19 mövzusuna toxunan tərəflər Azərbaycanın pandemiya ilə mübarizədə uğurlu tədbirlər gördüyünü vurğulayıblar. Həmçinin Azərbaycanın peyvəndləmə səviyyəsi baxımından öndə gedən ölkələr sırasında olduğu qeyd edilib.

 

Görüşdə ölkədə tibbi xidmətlərin rəqəmsallaşdırılmasının uğurla davam etdirilməsi, yoluxucu xəstəliklərə qarşı mübarizə, habelə ilkin sahiyyə xidmətlərinin genişləndirilməsi və tibbi təhsilin perspektivləri və digər məsələlər də müzakirə olunub.

 

Vladanka Andreyeva 44 gün davam etmiş Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə BMT-nin səhiyyə sisteminin qurulmasına və inkişafına dəstək verməyə hazır olduğunu bildirib.

 

Görüş əsnasında Səhiyyə Nazirliyi ilə BMT-nin strukturlararası əlaqələrin daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

 





 

 

 

 

6/10/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->